EN

Sabah Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Varşavada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Avropa Birliyinə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri gündəmdə olacaq..

Avropa Birliyi Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı Türkiyə-Aİ əlaqələri baxımından böyük əhəmiyyət kəsb edir.

Hakan Fidanın görüşdə NATO ilə Avropa İttifaqı arasında strateji əməkdaşlığı vurğulayacağı gözlənilir.

Fidanın gündəmində terrorla mübarizə və Avropanın müdafiə sənayesi potensialının inkişaf etdirilməsi səyləri də yer alacaq.

Chosen
0
operativmm.az

1Sources