Türkiyədə yanğın zamanı tənqidçi-yazar ölüb.
Bizim.Media xəbər verir ki, hadisə İstanbul şəhəri Kadıköy qəsəbəsi Aktəpə küçəsindəki 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Yanğın zamanı evdə tək yaşayan 65 yaşlı tənqidçi-yazar Süha Oğuzertem yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, ölüb.
Bina sakinləri yanğının telefon yaxud şarj cihazından qaynaqlandığını bildiriblər.
Hazırda araşdırma aparılır. (Lent.az)
Bizim.Media