EN

Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub

Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib.

Bu barədəMüdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara Azərbaycanın hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.

Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.

Chosen
0
29
aznews.az

10Sources