EN

DƏHŞƏT: Bacı-qardaş boğazları kəsilmiş halda tapıldı

Türkiyənin Sivas şəhərində dəhşətli hadisə baş verib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, 22 yaşlı Umutcan və 16 yaşlı Melisa Şimşək boğazları kəsilmiş halda evlərində ölü tapılıb.

Xəbərdarlıqdan sonra polis və təcili yardım hadisə yerinə göndərilib. Təcili yardım tərəfindən aparılan müayinədən sonra bacı-qardaşın həyatını itirdiyi müəyyən edilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Melisa Şimşəkin əllərinin arxadan bağlı olduğu müəyyən edilib, hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.


Chosen
0
1
news24.az

2Sources