EN

Binaların qarşısında qoyulan qanunsuz maneələr aradan qaldırılıb

Sumqayıt şəhərində yerləşən bir sıra çoxmənzilli yaşayış binalarının qarşısında sakinlər tərəfindən qanunsuz şəkildə quraşdırılmış maneələr Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən sökülüb.

Busaat.az xəbər verir ki, FHN əməkdaşlarının apardığı reydlər çərçivəsində çoxmənzilli yaşayış binalarının həyətlərində, giriş-çıxış yollarında, eləcə də fövqəladə hallarda xilasetmə və yanğınsöndürmə texnikalarının hərəkətinə əngəl törədə biləcək baryerlər, dəmir dirəklər, şlaqbaumlar və digər süni maneələr müəyyən edilərək aradan qaldırılıb.

Qeyd edilib ki, bu tədbirlər FHN-in “Yanğın təhlükəsizliyi qaydaları”na uyğun həyata keçirilir və ictimai təhlükəsizliyin təmin olunmasına yönəlib.

Chosen
0
6
busaat.az

9Sources