EN

Üç futbolçu üçün mövsüm bitdi

AFFA İntizam Komitəsi Birinci Liqanın 24-cü turun oyunlarında yaşananlarla bağlı ölçü götürüb.

Fanat.Az xəbər verir ki, qurum “Cəbrayıl”, “Difai” və “Mingəçevir” klublarının oyunçularını sərt cəzalandırıb.

1-ci Liqanın 24-cü turunda baş tutan “Cəbrayıl” – “Baku Sporting” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bölgə təmsilçisi 200 manat cərimələnib.

Bundan başqa, xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat, 4 futbolçusu sarı vərəqə görən “Baku Sporting” isə 70 manat ziyana düşüb.

“Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Difai”dən Riad Abbaszadə, “Mingəçevir”dən isə Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçularının hərəkətlərnə görə 300 manat cərimələnib.

Mingəçevir təmsilçisi həmçinin oyununun 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat ödəyəcək.

Chosen
0
5
fanat.az

7Sources