EN

“Azərbaycanda buraxılıb” brendinin coğrafiyası genişlənir

Qurumun məlumatında deyilir: “Sənaye zonalarında inşa edilən müəssisələr, ilk növbədə, daxili bazarın tələbatını ödəmək məqsədilə məhsul istehsal edir. Əsas diqqət yerli bazarın ehtiyaclarına yönəlib. Sənaye zonalarının ən böyük üstünlüklərindən biri isə ölkənin idxaldan asılılığını azaltmaq, yeni ixrac imkanları yaratmaq və yerli sənaye məhsullarını milli brend altında xarici bazarlara çıxarmaqdır. Hazırda bu brend adı altında istehsal olunan məhsullara dünyanın 70-dən artıq ölkəsində rast gəlmək mümkündür”.

Agentlikdən o da bildirilib ki, sənaye zonalarının fəaliyyəti nəticəsində valyutanın ölkədən çıxmasının qarşısı alınmaqla yanaşı, ölkəyə valyuta axını artır. Azərbaycanın idxalçı ölkədən ixracatçı ölkəyə çevrilməsini hədəfləyən agentlik ötən müddətdə bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə edib. Belə ki, sənaye parklarında fəaliyyət göstərən müəssisələrin 50 faizindən çoxu məhsullarını xarici bazarlara çıxarır: “Hazırda, təqribən, 50-dən çox çeşiddə məhsul ixrac olunur. Yaxın vaxtlarda isə “Azərbaycanda buraxlıb” brendi altında təqdim olunan məhsulların çeşidinin daha da genişlənəcəyi gözlənilir. Bu istiqamətdə atılan addımlardan biri sənaye zonalarında yeni müəssisələrin, o cümlədən avtomobil sənayesinə aid istehsal zavodlarının (məsələn, İVECO markasının yeni zavodu) fəaliyyətə başlamasıdır” – deyə məlumatda qeyd olunur.

Chosen
0
3
xalqqazeti.az

4Sources