Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana Rusiyadan 350kiloqram miqdarında, 4,1 min ABŞ dolları dəyərində kərə yağı idxaledilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, Rusiyadan kərə yağı alışı ötən ilin eyni dövrüilə müqayisədə miqdar ifadəsi ilə 19,65 ton və ya 57,1 dəfə, dəyərifadəsi ilə 75,5 min ABŞ dolları, yaxud da 19,4 dəfə azalıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Rusiya Azərbaycana 20 tonmiqdarında, 79,6 min ABŞ dolları dəyərində kərə yağı satmışdı.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana 2,9 min tonmiqdarında, 15,4 milyon ABŞ dolları dəyərində kərə yağı idxaledilib. Bu məhsul əsasən İran, Yeni Zellandiya və Belarusdanalınıb.