EN

Yamal azarkeşlərə vəd verdi

"Barselona"nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "İnter"ə məğlubiyyətdən (3:4) sonra fikirlərini bölüşüb.

Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, ispaniyalı futbolçu azarkeşlərə komandanı yüksək səviyyəyə qaytaracağına and içib:

"Əlimizdən gələni etdik. Bu il alınmadı, amma geri qayıdacağıq. Buna heç bir şübhəniz olmasın. "Barselona"nı aid olduğu yerə - ən zirvəyə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacaq və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq".

Xatırladaq ki, "Barselona" öz meydanında 3:3 hesablı heç-heçə etdiyi "İnter"ə Milanda uduzaraq (3:4) Çempionlar Liqası ilə vidalaşıb.


Telegram kanalımız
Chosen
0
2
yenisabah.az

3Sources