Yazını böyüt
Yazını kiçilt
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev və deputat Vüqar Rəhimzadə mayın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.
Hafta.az-ın məlumatına görə, deputatlarımız səfər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, səfər mayın 10-da başa çatacaq.