EN

Sevdiyi qadını döyərək saçlarını kəsib - 8 sutka həbs cəzası alıb

Masallıda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxsə  8 sutka inzibati həbs cəzası verilib. Bu barədə Qafqazinfo məlumat yayıb. 

1981-ci il təvəllüdlü A. Məmmədli qeyri-rəsmi nikahda yaşadığı G. Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.

Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. 

 

Chosen
0
21
anews.az

10Sources