Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
İnterpress.az-ın “Pakistan Daily” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.
Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.
General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda altı hədəfə 24 zərbə endirib.