EN

Hindistanın zərbələri nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb- YENİLƏNİB

Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb.

Bu barədə TASS məlumat verib.

****

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.Bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

General qeyd edib ki, Hindistanın hücumu cavabsız qalmayacaq.

KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.

Chosen
0
2
anews.az

10Sources