EN

ABŞ-ın daha bir qırıcısı Qırmızı dənizə düşdü

ABŞ-ın “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsində olan daha bir qırıcı təyyarə Qırmızı dənizə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı mənbələrə istinadən yayıb.
 

İlkin məlumatlara görə, hadisənin səbəbi təyyarə daşıyıcısında aerofinişer sisteminin nasazlığı olub. F/A-18 təyyarəsinin pilotu və atıcısı katapult ediblər. Onlar yüngül xəsarətlər alıblar, həyatları üçün təhlükə yoxdur.


Bu, son vaxtlarda Qırmızı dənizdə ABŞ qırıcısının itirilməsi ilə bağlı ikinci haldır. Aprel ayının sonunda ABŞ Hərbi Dəniz Qüvvələri F/A-18E qırıcısının suya düşdüyünü bildirmişdi.

Həmin vaxt Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər təyyarəyə atəş açmışdı.

Bizim.Media

Chosen
0
3
bizim.media

4Sources