EN

"Dördlər finalı"na yüksələn bütün komandalar müəyyənləşib

Basketbol üzrə Avropliqada "Dördlər finalı"na yüksələn bütün komandalar müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Monako" və "Panatinaikos" pley-off seriyasının 5-ci matçını qələbə ilə başa vurublar.

Fransalılar "Barselona"nı 86:85, yunanlar isə "Anadolu Efes"ə 75:67 hesabı ilə qalib gələrək, ümumi hesabda 3:2 üstün olublar.

"Dördlər" finalında "Monako" "Olimpiakos"la, "Panatinaikos" isə "Fənərbaxça" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Dördlər Finalı" ilk dəfə Avropadan kənarda Abu-Dabidə təşkil olunacaq. Həlledici oyunlar mayın 23-25-də baş tutacaq.

İdman.biz

Chosen
0
idman.biz

1Sources