Yeni araşdırmaya görə üzü yumaq stressin azalması üçün əhəmiyyətli təsirə malikdir.
Manset.az-ın məlumatına görə, Toronto və Amsterdam Universitetindən olan tədqiqatçıların apardığı araşdırmada 1150 nəfər qadın iştirak edib.
Tədqiqatçılar iştirakçılara müxtəlif videolar izlədiblər. Müəyyən edilib ki, təcrübədə iştirak edənlər arasında ən sakitləşdirici təsir əllərin yuyulması ilə bağlı videoya baxarkən müşahidə olunub.
Alimlər daha bir eksperiment aparıblar və bu təcrübə zamanı tədqiqat iştirakçıları üç qrupa bölünüb. Hər qrupdakı iştirakçılar stresə məruz qalan şəxslər olub. Birinci qrupdan üzlərini, əllərini, boyunlarını və saçlarını yuyarkən keçirdiyi hisləri təsəvvür etmələri istəndi. İkinci qrupdan isə qeyd olunan bədən hissələrinə toxunmaq istənilib. Üçüncü qrup nəzarət qrupu idi. Təcrübə nəticəsində birinci qrup stresin öhdəsindən daha yaxşı gəlib.
Yeganə