“Barselona”nın cinah oyunçusu Rafinya Kataloniya klubunda Xavinin rəhbərliyi altında keçirdiyi dövr haqqında danışıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu söyləyib:
“Xavi və onun məşqçilər heyətinin mənə kifayət qədər inandığını hiss etmədim. 60 dəqiqə hər şeyimi verdim, amma sonra yenə də məni əvəz etdi.
Mən vəziyyəti düzəltməyə çalışdım, onunla çox danışdım, amma heç nə dəyişmədi. Elə bir video var ki, skamyaya gəlirəm, daha dözə bilmirəm və oturacağa vururam.
Məncə, bu, “Mançester Yunayted”ə qarşı oyun idi. O zaman çox yaxşı oynadım, bir qol vurdum və məhsuldar ötürmə etdim.
Düşünürəm ki, hesab 2:2 oldu və o, məni əvəz etdi”.
Braziliyalı futbolçu cari İspaniya çempionatında 32 matçda 16 qol vurub.