EN

"Türkiyə və İsrail arasında hərbi toqquşma baş verə bilərmi?" - ekspertdən açıqlama

"Düşmən ritorikasına rəğmən, İsrail və Türkiyə düşmən dövlətlər deyil, 1949-cu ildə Türkiyə İsraili tanıyan ilk müsəlman ölkəsi olub..."
 
Suriyaya endirilən zərbələrdən sonra İsrail baş nazirinin Azərbaycana səfərinin ləğvi Qüds və Ankara arasındakı gərginliyi artırıb. Diplomatik münasibətlərdəki gərginliyin artması mümkün münaqişə ilə bağlı narahatlıq doğurur.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin Türkiyə və Misirdəki keçmiş səfiri, hazırda Milli Təhlükəsizlik İnstitutunun baş elmi əməkdaşı olan Amir Oron bəyan edib. Məlumatı "cursorinfo.co" nəşri yayıb.
 
Onun sözlərinə görə, tərəflər arasında düşmənçilikdən danışmaq hələ tezdir. "İsrail və Türkiyənin bir-birini əzəli rəqib kimi görməsi yeni deyil. Bu meyl sadəcə güclənir", - Oron deyib. Bununla belə o, əlavə edib: "Bu kədərlidir, lakin faktdır". Onun sözlərinə görə, Suriyadakı vəziyyət gərginliyin əsas mənbəyidir. Oron hesab edir ki, İsrail də Ankaraya qarşı sərt mövqe tutur.
 
Münasibətlərin pisləşməsinin səbəblərindən biri Türkiyənin Suriya lideri Əhməd əş-Şarı İdlibdən çıxarmaq və mövqeyini gücləndirməkdə ona yardım etməsidir. Bu, İsraildə narahatlıq doğurub. "Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin regional maraqları narahatlıq doğurur", - Oron qeyd edib. O, əlavə edib ki, əgər əş-Şaraanın hakimiyyəti güclənərsə, İsrail ələvilər və druzlar kimi azlıqların aqibətindən narahatdır.
 
Oronun sözlərinə görə, Türkiyə əş-Şaaranın rəhbərliyi altında vahid Suriya ideyasını müdafiə edir və onun ordusunun bərpasında kömək göstərir. İsrail isə bunu təhdid kimi görür. "Ölkələrimiz arasında vəziyyətin dəyərləndirilməsində dərin uçurum var", - o, deyib.
 
Suriyanın səmasında baş verən insidentlərdən sonra hərbi toqquşmanın mümkünlüyü ilə bağlı suala cavab olaraq Oron deyib: "Əvvəla, İsrail və Türkiyə düşmən dövlətlər deyil. Düşmənçilik ritorikası var, lakin Türkiyə rəsmi düşmən sayılmır". O xatırladıb ki, 1949-cu ildə Türkiyə İsraili tanıyan ilk müsəlman ölkəsi olub. Ölkələr arasında münasibətlər 2000-ci illərin əvvəlinədək yaxın olub.
 
Kəskin pisləşmə 2010-cu ildə "Mavi Mərmərə" insidentindən sonra baş verib. "O vaxtdan bəri münasibətlər dalğavari şəkildə dəyişir", - Oron deyib. O həmçinin vurğulayıb: "Ərdoğanın ideologiyası dünyanın hər yerində müsəlmanları qorumaqdan ibarətdir".
 
Onun fikrincə, Qəzzadakı müharibə onsuz da ağır olan münasibətləri daha da dərinləşdirib. "Bu müharibə fərqlidir. Uzun çəkir, qanlıdır. Türkiyədə dağıdıcı nəticələrlə assosiasiya olunur", - Oron qeyd edib. O, əmindir ki, atəşkəs olsa belə, "münasibətlərin bərpası illər çəkəcək".
 
Oronun fikrincə, kursun dəyişməsi yalnız Fələstin məsələsinə yanaşmanın dəyişdirilməsi ilə mümkündür. Hələlik isə o, Suriyada Rusiya ilə olduğu kimi, əsas rabitə kanallarının saxlanılmasını və gərginliyin artmasının qarşısını almağa yönəlik tədbirlərə diqqət yetirilməsini tövsiyə edir.
 
Oron həmçinin Ərdoğanın şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüb: "O, çox güclü və sərt liderdir. Siyasi islam tərəfdarıdır". Ərdoğanın sərtliyinə baxmayaraq, Oron dialoqun qorunmasının vacib olduğunu hesab edir. "Əgər rusiyalılarla Suriyada olduğu kimi eskalasiyanın qarşısını almaq üçün mexanizm qura bilsək, bu, artıq uğurdur”, - o, deyib.
Chosen
0
moderator.az

1Sources