EN

“Real” imtina etdi, “Atletiko”ya keçir

“Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres “Atletiko Madrid”ə transfer oluna bilər.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu artıq “döşək ustaları” ilə razılığa gəlib. “Real Madrid” isə öz akademiyasının yetirməsini geri qaytarmaq üçün malik olduğu prioritet hüquqdan istifadə etmək imkanına baxmayaraq, bu fürsətdən imtina edib.

Migel Qutyerres 2022-ci ilin yayında 4 milyon avroya "Real Madrid"dən "Jirona"ya keçib. Transfermarkt-ın məlumatına görə, futbolçunun hazırkı transfer dəyəri 25 milyon avrodur. İspan futbolçu cari mövsümdə Kataloniya yığmasında 36 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Chosen
0
90deqiqe.az

1Sources