Nüvə modernləşdirilməsinə investisiyalar ABŞ Hərbi Hava Qüvvələri üçün əsas prioritet olaraq qalır. Bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devid Elvin deyib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib: “Nüvə modernləşdirilməsinə sərmayələrimiz əsas prioritet olaraq qalır".Baş qərargah rəisinin sözlərinə görə, xüsusən də ABŞ Hərbi Hava Qüvvələri hazırda F-15 və F-35 qırıcılarını, həmçinin B-52 strateji bombardmançı təyyarələrini fəal şəkildə modernləşdirir. O qeyd edib ki, bu, ABŞ-ın “dəyişən təhdidlərlə ayaqlaşa bilməsi” üçün edilməlidir.Alvin əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə altıncı nəsil F-47 qırıcısının yaradılmasına da əhəmiyyətli investisiyalar daxildir.