EN

Qəhvə sevənlərin DİQQƏTİNƏ: Bu xəstəliklərdə içmək olmaz

Sevərək içdiyimiz qəhvəni məhdudlaşdırmağa və ya tamamilə rasiondan çıxarmağa səbəb olan xəstəliklər arasında böyrək daşları, pankreatit, reflüks xəstəliyi, qastrit və digərləri daxildir.

Bizim.Media xəbər verir ki, bunu diyetoloq, birinci kateqoriyalı qastroenteroloq və ANO Elmi Tədqiqat Mərkəzinin “Sağlam Qidalanma” üzrə icraçı direktoru Nuriya Dianova bildirib.

Həkim qeyd edib ki, qastrit və mədə xorası zamanı qəhvə mədənin selikli qişasını qıcıqlandırır və iltihab prosesini pisləşdirir:

“Reflüks xəstəliyində o, mədə yanması əlamətlərinin tezliyini və şiddətini artırır. Qıcıqlanmış bağırsaq sindromunuz varsa, kofedən qaçınmalısınız, əks halda sancılar və ishal hiss edəcəksiniz”.

Həmçinin pankreatit zamanı bu içkinin istehlakını dayandırmaq lazımdır, çünki qəhvə mədəaltı vəzinin ifrazını stimullaşdırır, bu da iltihab zamanı arzuolunmazdır.

Qəhvə sidikqovucu təsirinə görə sidikdə kalsiumun konsentrasiyasını və daş əmələ gəlməsini artırır, ona görə də onu böyrək daşı və ya öd daşı əmələ gəlməsinə meylli insanlar içməməlidir.

Həkimin sözlərinə görə, qəhvə öd kisəsinin daralmasını stimullaşdırır ki, bu da bəzən öd daşı olan insanlarda öd sancısı tutmalarına səbəb olur:

"Kron xəstəliyi və ülseratif kolit də qəhvə istehlakı ilə pisləşə bilər. Gilbert sindromu (bilirubin mübadiləsinin genetik pozğunluğu) kimi qaraciyər xəstəliklərində olduğu kimi, kofein və dərmanlar arasında sitoxrom P450 üçün rəqabət dərman metabolizmasının dəyişməsinə səbəb ola bilər. Odur ki, qəhvə həvəskarları üçün bu sindromu nəzərə almaq vacibdir."

Bizim.Media

Chosen
0
bizim.media

1Sources