EN

Vlahoviç karyerasını Premyer Liqa nəhəngində davam etdirə bilər

“Yuventus"un hücumçusu Duşan Vlahoviç bu yay komandadan ayrıla bilər.

90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki,  Turin klubu 25 yaşlı serb futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Vlahoviçin yay transfer dönəmində “Arsenal”a keçmək ehtimalı var. Serbiyalı hücumçunun qiymətinin 50–60 milyon avro arasında olacağı bildirilir və “topçular”ın maliyyə sabitliyi bu məbləği ödəməyə imkan verir.

Qeyd olunur ki, “Arsenal”ın yeni mərkəz hücumçusuna ciddi ehtiyacı var. Komanda mövsüm ərzində ön xəttdə çətinliklərlə üzləşib, hətta nominal mərkəz yarımmüdafiəçisi Mikel Merino bir neçə oyunda forvard mövqeyində çıxış etmək məcburiyyətində qalıb.

Chosen
0
90deqiqe.az

1Sources