Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə edilib”, - deyə internet saytında dərc olunan məqalədə deyilir .
Dövlət başçılarının qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin, o cümlədən nəqliyyat və energetika sahələrində birgə iri layihələrin həyata keçirilməsi yolu ilə genişləndirilməsinə xüsusi diqqət yetirdikləri vurğulanır.