EN

YAP Samux rayon təşkilatında şahmat turniri keçirilib

YAP  Samux rayon təşkilatında  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə  YAP Samux rayon təşkilatının,    Uşaq-Gənclər Şahmat məktəbinin və Gəncə Daşkəsən Regional Təhsil  idarəsi Samux rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə  rayonun ümumtəhsil məktəblərinin 8,10,12 və 14 yaş qrupunda  olan məktəbliləri arasında şahmat turniri  keçirilib.

Tədbiri giriş sözü ilə açan  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  bildirib  ki, turnir  Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

Sonra çıxış edən Uşaq-Gənclər Şahmat məktəbinin direktoru Faiq  Aslanov, Samux Rayon İcra Hakimiyyəti  Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun  müdiri  Rasim İmamquliyev Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turnirinin məktəblilərin asudə vaxtının səmərəli təşkili və onların intellektual potensialının nümayiş etdirilməsi baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb. Cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan söhbət açıb.

Daha sonra  natiqlər  turnirdə  iştirak edən şagirdlərə uğurlar arzulayıblar.

Qeyd edək ki,şahmat turnirində  qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

1Sources