EN

Yataq xəstəsi olan şəxsə niyə əlillik təyinatı aparılmır?VİDEO

Yataq xəstəsi olan şəxsə əlillik dərəcəsi təyin olunmur. Ondan məcbur xəstəxanaya müayinəyə getməsi tələb olunur.

"Xəzər Xəbər"ə müraciət edən Yardımlı rayonunun Köryədi kənd sakini Səfalı Fərzullayevin sözlərinə görə, şəkər xəstəliyindən əziyyət çəkən 83 yaşlı anası Böyükxanım Adıgözəlova artıq 1 ildən çoxdur ki, görmə qabiliyyətini tamamilə itirib və yataq xəstəsidir. Bu səbəbdən də o, anasına əlillik dərəcəsinin təyin olunması üçün Lənkəran rayonuna gedərək Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edib. Lakin aldığı cavab onları çıxılmaz vəziyyətdə qoyub.

Xezerxeber.az-ın məlumatına görə,

Səfalı Fərzullayev bildirir ki, anası yataq xəstəsi olduğu üçün onu nə Bakıya, nə də Lənkərana aparması mümkün olmur. Xəstə ya evində yoxlanmalıdır, ya da müayinəyə xəstəxananın dəstəyi ilə aparılmalıdır.

İddialara aydınlıq gətirmək üçün əvvəlcə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, 83 yaşlı Böyükxanım Adıgözəlovaya əlillik dərəcəsinin təyinatı üçün tibb müəssisəsi tərəfindən "Forma 88" göndərişi rəsmiləşdirilməyib.

TƏBİB-dən isə "Xəzər Xəbər"ə bildirildi ki, Böyükxanım Adıgözəlova göz xəstəsi kimi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunaraq həm reyestrə düşməli, həm də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına tibbi rəy təqdim etməlidir. Vətəndaş göz xəstəsi kimi reyestrdə olmasa, "Forma 88" yazılması mümkün olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
0
1
xezerxeber.az

2Sources