Bakı. Trend:
ABŞ hökuməti ölkəki qanunsuz miqrantlara ABŞ-ni tərk etməkqərarına gələcəkləri təqdirdə 1000 dollar pul mükafatı və pulsuzbilet təklif edib.
Trend xəbər verirki, bu barədə BBC ABŞ-nin Daxili Təhlikəsizlik Xidmətinin rəhbəriKristi Noemə istinadən məlumat yayıb.
“Bu, deportasiya edilmədən, həbs olunmadan Birləşmiş Ştatlarərazisini tərk etməyin ən yaxşı, ən təhlükəsiz və ən qənaətcilyoludur”, - deyə Kristi Noem bildirib.
Təklifin başqa üstünlüklərindən biri odur ki, könüllü şəkildətəslim olan və ölkəni tərk edən qanunsuz miqrantların gələcəkdəABŞ-yə qanuni yolla qayıdışı prosesi asanlaşdırıla bilər.
DTX bildirir ki, artıq ilk “qanunsuz miqrant” bu təklifi qəbuledib və mükafat və aviabiletlə təmin olunaraq Çikaqodan Hondurasaqayıdıb.