EN

Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç həbsdən buraxıldı - FOTO

Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin məhkəmə zalından azadlığa buraxılıb.

Paytaxt.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Bakinskinin vəkili vəsatətlə çıxış edib.

Vəkil müvəkillinin sağlıq durumunun nəzərə alınması və barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Dövlət ittihamçısı vəsatətə etiraz etmədiyini bildirib. Qısa müşavirədən sonra vəsatət təmin olunub və Oleq Bakinski məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. 

LOQO

FOTODA Oleq Bakinski və vəkili Xeyransa Babayeva

müəllif: Elşən Məmmədəliyev

DETALLAR bu yazıda: https://musavat.com/news/ukraynada-bomba-yagisi-altindan-bakida-mehkeme-zalina-oleq-bakinskinin-isi_1163839.html

Chosen
0
paytaxt.org

1Sources