EN

Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi müəyyənləşib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan həlledici matçda Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandaları üz-üzə gəlib.

Görüş nazirlik komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki üçüncü yer uğrunda matçda Daxili İşlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi komandası üz-üzə gəlib. Əsas vaxtı 2:2 hesabı ilə bitən oyunun penaltilər seriyasında nazirlik təmsilçisi daha dəqiq olub - 4:1.

Chosen
0
report.az

1Sources