Çeçenistan rəhbəri Ramzan Kadırov vəzifəsindən azad edilməsini xahiş etdiyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə o, “Chechnya Today” agentliyinə danışıb.
"Mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Ümid edirəm ki, xahişim dəstəklənəcək", - Kadırov deyib.
Lakin o, heç bir təfərrüat açıqlamayıb. Kadırov respublika rəhbəri vəzifəsindən azad edilməsi xahişi ilə konkret kimə müraciət etdiyini də açıqlamayıb.
Bununla belə, Çeçenistan hakimiyyəti mütəmadi olaraq hər cür şayiələri təkzib etməli olur. Ramzan Kadırovun itkin düşməsi ilə bağlı tez-tez bəyanatlar yayılır. Lakin milli siyasət naziri Əhməd Dudayev insanların artıq buna öyrəşdiyini vurğulayıb. Onun fikrincə, belə söz-söhbətlər cinayətkarların işindən başqa bir şey deyil.