İsrailin Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sana şəhərinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Al Masirah” telekanalı yayıb.
Bildirilib ki, İsrail HHQ-nin zərbələri nəticəsində Sana hava limanı dağıdılıb və onun ərazisindəki bütün mülki təyyarələr məhv edilib.
Bizim.Media