EN

Bakıda minik aftomobillər toqquşdu- VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Aspetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbi kimi sürət həddinin aşılması və ya yol-hərəkəti qaydalarının pozulması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi Maştağada nəqliyyat axınının sıx olduğu nöqtələrdən biridir.

News365.az videonu təqdim edir:

Chosen
0
news365.az

1Sources