Astana, 6 may, AZƏRTAC
Qazaxıstan və İran Bəndər-Abbas şəhərində Şəhid-Rəcai limanının tranzit imkanlarının inkişafı barədə razılığa gəliblər.
AZƏRTAC Qazaxıstan dəmir yolu yükdaşıyıcıları Assosiasiyasına istinadla xəbər verir ki, Qazaxıstan orada Mərkəzi Asiya ölkələrindən gələn yerli və tranzit yüklərinin boşaldılılb yüklənməsi üçün terminal və logistika mərkəzi yaratmağı planlaşdırır.
Bir ay ərzində Qazaxıstan biznes-plan təqdim edəcək, ondan sonra investisiya müqaviləsi bağlanacaq.
Razılaşma Qazaxıstanın nəqliyyat və logistika sahəsində xarici investisiyaların dəstəklənməsi və əməkdaşlığın genişləndirilməsi Strategiyasının bir hissəsidir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana