EN

İlon Maskın atası Putin və Rusiyanı təriflədi

BAKI, 6 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin düşünülmüş fikirlər söyləyir, ölkəsinin maraqlarını müdafiə edir.

Teleqraf xəbər verir ki, bunu amerikalı milyarder İlon Maskın atası Errol Qraham Mask deyib.

“Putin hörmət tələb edir. Onun danışığına qulaq asın, o, pis deyil, düşünülmüş fikirlər irəli sürür”, - Qraham Mask bildirib.

Errol qeyd edib ki, Rusiya lideri “yüz illər ərzində dünya üçün çox işlər görmüş bir ölkə”nin maraqlarını müdafiə edir. O vurğulayıb ki, böyük yazıçılar, böyük sənətkarlar və böyük elm adamlarının əksəriyyəti Rusiyadandır.

Chosen
0
teleqraf.com

1Sources