EN

80 ildən sonra Qazaxıstan prezidentinin atası Kemel Tokayevin şücaətlərindən biri MƏLUM OLDU

80 ildən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin atası Kemel Tokayevin şücaətlərindən birinin təfərrüatları məlum olub.

İnterpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məxfiliyini ləğv etdiyi sənədə görə, Tokayev Polşanın Mazoviya Voyevodalığında almanların hücumunu qəhrəmancasına dəf edib və buna görə 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.

Ağır tank alayının komandiri, qvardiya polkovnik-leytenantı Afanasi Povarovun imzaladığı mükafat vərəqəsində deyilir:

“1945-ci il yanvarın 21-də Yeqliovetsin şimal-qərbində yerləşən ərazidə almanlar gecə saatlarında mövqelərimizə əks hücuma keçdilər.

Pulemyotçular öz tanklarını mətanətlə qorudular, sonra hücuma keçərək almanları geri oturtdular. Yoldaş Tokayev düşmənin mövqeyinə birinci soxularaq almanların 5 avtomatını darmadağın etdi”.

Müharibədən sonra Kemel Tokayev SSRİ-də məşhur yazıçı, heyranedici detektiv hekayə və romanların müəllifi olub.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
0
interpress.az

1Sources