EN

Bakıda beynəlxalq turnir start götürdü

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 14-16 yaşlı idmançıların mübarizəsi start götürüb.

Fanat.Az xəbər verir ki, məlumatı ATF-nin mətbuat xidməti yayıb. 

Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkədən 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir.

Yerli idmançılardan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparır.

Bu yaş kateqoriyasında yarışa mayın 10-da yekun vurulacaq.

Chosen
0
fanat.az

1Sources