EN

Elçin Əmirbəyov çilili XİN rəhbəri ilə Orta Dəhlizin potensialını müzakirə edib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyov Çilinin xarici işlər naziri Alberto vanKlavenerlə görüş keçirib.

Trend Çili XİN-əistinadən xəbər verir ki, görüşün gedişində ikitərəfli əlaqələrinperspektivləri, Cənubi Qafqazdakı vəziyyət, “yaşıl” enerjinininkişafı ilə bağlı məsələlər, eləcə də, bu sahədə əməkdaşlıqmüzakirə olunub.

Müzakirələrdə Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrinəhəmiyyətinə də xüsusi diqqət ayrılıb.

Ölkələr arasında ticari-iqtisadi əlaqələr hələlik orta səviyyədəolsa da, dayanıqlı artım nümayiş etdirməkdədir. Hər iki tərəfxüsusən aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin perspektivliimkanlarının olduğunu qeyd edir.

Xatırladaq ki, Çili və Azərbaycan arasında ilk siyasimüşavirələr 2018-ci ildə Santiyaqoda keçirilib. Həmin danışıqlardaÇilidən olan nümayəndə heyətinə Çilinin xarici işlər nazirininmüavini vəzifələrini yerinə yetirən səfir Patrisio Torres,Azərbaycandan olan nümayəndə heyətinə isə xarici işlər nazirininmüavini Xələf Xələfov başçılıq edib.

Məqalədə:
Chosen
0
3
az.trend.az

4Sources