EN

Ranyeri: “Şomurodov qızıl adamdır, özünə heç vaxt acımır”

“Roma”nın baş məşqçisi Klauio Ranyeri “canavarlar”ın 29 yaşlı özbək mərkəz hücumçusu Eldor Şomurodov haqda qənaətini açıqlayıb.

Arena.az 73 yaşlı italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Mən ona bir oyunçu olaraq səmimiyyətlə heyranam. O, qızıl adamdır, özünə heç vaxt acımır. Məhz bu fədakarlığı müqabilində azarkeşlərimiz onu sevir və səmimiyyətlə dəyər verirlər”, deyə Ranyeri vurğulayıb.

Xatırladaq ki, Eldor Şomurodov “Roma”ya 2021-ci ilin avqust ayında 18 milyon avro qarşılığına “Cenoa”dan gəlib. Özbəkistandan olan 29 yaşlı forvard “canavarlar”ın heyətində 82 oyun keçirib, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Şomurodovun “Roma” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Şomurodov bu müddət ərzində “Spetsiya” və “Kalyari”də icarədə də olub. Özbək forvard “Roma”dan əvvəl də “Rostov”, “Bunyodkor”, “Maşal” və “Cenoa” kimi klubların formasını geyinib.

Təcrübəli hücumçu 2015-ci ilin sentyabr ayında debüt etdiyi Özbəkistan milli komandasının heyətində 80 oyun keçirib. 29 yaşlı forvard bu görüşlərdə 41 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı özbək hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
arena.az

1Sources