NBA pley-offlarında konfrans yarımfinalları oynanılır.

Offsideplus.az xəbər verir ki, Şərq Konfransında son çempion "Boston Seltiks" ilk matçda "Nyu-York Niks"i qəbul edib.

Gərgin keçən matçın qalibi overtaymda bəlli olub. "Nyu-York Niks" ilk qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb - 108:105.

Məğlub olan "yaşıllar" eyni zamanda anti-rekorda da imza atıb. Onlar bu görüşdə 60 üçlük yoxlayıblar və bunlardan yalnız 15-i dəqiq olub.

Bununla da "Boston Seltiks" NBA pley-off tarixində bir matçda ən çox üçlük qaçıran komanda olub.