EN

Beynəlxalq Kimya Olimpiadası üçün milli komandaya üzvlər seçildi - ADLAR

ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 57-ci Beynəlxalq Kimya Olimpiadasına (IChO2025) seçmə imtahanı təşkil olunub.

Modern.az xəbər verir ki, seçmə imtahanında IX, X və XI siniflər olmaqla, ümumilikdə 18 nəfər şagird iştirak edib və yekun nəticələrə əsasən onlardan 4 nəfər şagird 57-ci Beynəlxalq Kimya Olimpiadasında milli komandanın üzvü olaraq iştirak etmək hüququ qazanıb.

Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdləri Murad Xəlilzadə, Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov olmaqla ümumilikdə 4 nəfər şagird ölkəmizi təmsil edəcək.

Olimpiadaya hazırlıq dərsləri davam edir.

Chosen
0
1
modern.az

2Sources