Rusiyaya vizasız getmək hüququ olan xarici vətəndaşlardan ölkəyə giriş üçün QR kodu tələb olunacaq.
Bizim.Media xəbər verir ki, bu yenilik Rusiya hökumətinin ötən il qəbul etdiyi fərmanla tənzimlənir.
Fərmana əsasən, iyunun 30-dan etibarən Rusiyaya vizasız getmək hüququ olan xarici vətəndaşlar üçün ölkəyə yeni giriş qaydaları qüvvəyə minəcək.
Bu məqsədlə Rusiya Federasiyasına vizasız gələn əcnəbilər üçün “Qosuslugi RuID” adlı portal istifadəyə veriləcək.
Rusiyaya səfər etməzdən əvvəl viza tələb olunmayan xarici vətəndaşlar ölkəyə girişdən 72 saat əvvəl “Qosuslugi RuID” portalında qeydiyyatdan keçməli və xüsusi QR kodu almalıdırlar.
Rusiya Federasiyasına planlaşdırılan girişdən ən geci 72 saat (üç gün) əvvəl əcnəbi bu portaldan qeydiyyatdan keçməli, şəxsi məlumatları daxil etməli, səfərin məqsədini, Rusiyada qalma ünvanını göstərməli, sərhədi keçmək üçün istifadə ediləcək sənədlərin fotoşəkillərini və məlumatlarını yükləməlidir.
Bizim.Media