Bu ilin birinci rübündə Azərbaycan Tunisə 37,3 milyon dollar dəyərində 64,1 min ton neft ixrac edib.
Yenisabah.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni aylarına nisbətən dəyər baxımından 68,7% azdır.
Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 39,6 milyon dollar təşkil edib.
Telegram kanalımız