EN

Braziliya ABŞ-a meydan oxudu: Bunu biz həll edə bilərik

Braziliya prezidenti Luis İnasiu Lula da Silva administrasiyası Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik imkanlarını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "O Globo" hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Braziliya ABŞ-ın səylərinin nəzərəçarpacaq nəticə vermədiyinə inanır.

Bildirilir ki, Braziliya liderinin Qələbə Gününü qeyd etmək üçün Moskvaya gözlənilən səfəri ölkənin müstəqil xarici siyasət mövqeyini vurğulamaq məqsədi daşıyır. Danışıqlar zamanı Lula da Silva Rusiyaya böhranın həlli yollarını tapmaqda Braziliya diplomatiyasının yardımını təklif edə bilər.

Nəşrin yazdığına görə, Braziliya hesab edir ki, Vaşinqton münaqişəni dayandırmaq üçün verdiyi vədləri yerinə yetirməyib. Eyni zamanda, Lula da Silva hökuməti Avropa İttifaqı və Ukrayna rəhbərliyinin mövqeyi ilə müqayisədə Rusiyanın nizamlanmaya daha çox maraq göstərdiyini görür.

Chosen
0
publika.az

1Sources