EN

Xaçmazda oğurluq edən şəxslər saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Surac Ömərov və Əliağa Zeynalov saxlanılıblar.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

S.Ömərov müxtəlif evlərə daxil olaraq oradan qızıl-zinət əşyaları, Ə.Zeynalov isə tanışına məxsus mağazadan pul oğurlayıb.

Məhkəmənin qərarı ilə S.Ömərovun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır

Chosen
0
8
operativmedia.az

10Sources