BAKI, 6 may. TELEQRAF
Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Surac Ömərov və Əliağa Zeynalov saxlanılıblar.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, S.Ömərov müxtəlif evlərə daxil olaraq oradan qızıl-zinət əşyaları, Ə.Zeynalov isə tanışına məxsus mağazadan pul oğurlayıb.
Məhkəmənin qərarı ilə S.Ömərovun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır