EN

Azərbaycanın stolüstü tennisçisi Avropa çempionatında iştirak edəcək

Avropa çempionatı mayın 7-də start götürəcək.

Mayın 7-də Slovakiyanın paytaxtı Bratislava şəhərində 21 yaşadək solüstü tennisçilərin Avropa çempionatına start veriləcək.

Operativ Media xəbər verir ki, reytinq əsasında keçirilən yarışda ölkəmizi bu dəfə Aylin Əsgərova təmsil edəcək.

Seçmə komandamızın üzvü və məşqçi Səbinə Əzizli bu gün Bratislavaya yola düşüb. Avropa çempionatına mayın 11-də yekun vurulacaq.

Chosen
0
8
operativmedia.az

9Sources