EN

Sloveniyalı bombardir İspaniya nəhəngləri arasında seçim edəcək

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Leyptsiq"in və Sloveniya millisinin hücumçusu Benyamin Şeşko karyerasını İspaniya nəhənglərindən birində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Madrid Universal" yayıb.

Xəbərə görə, onun xidmətində "Atletiko Madrid", "Real Madrid" və "Barselona" maraqlıdır. Mənbə 21 yaşlı forvardın gələcək taleyinin necə olacağının hələ dəqiqləşmədiyini, hazırda onun agentlərinin ən uyğun varinatı müəyyənləşdirməyə çalışdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, cari mövsüm "Leyptsiq"in forması ilə bütün turnirlərdə 43 matça çıxan Şeşko 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources