EN

Ögey qızına təcavüz edən kişiyə 17 il HƏBS CƏZASI

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətlərində təqsirləndirilən Qəşəm Məmmədovun (ad, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 
İttihama görə, Qəşəm Məmmədov 2021-ci il iyun ayından başlayaraq 17 may 2024-cü il tarixinədək olan müddətdə Bərdədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadının 2009-cu il təvəllüdlü qızına hədə-qorxu gələrək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
 
Hadisədən sonra Qəşəm Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 
O, məhkəmədə azyaşlının öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu etiraf edib. Lakin zərərçəkmişə zor tətbiq etmədiyini söyləyib.
Chosen
0
4
moderator.az

5Sources