EN

“Xəzər Lənkəran”a titul qazandırmış baş məşqçi Azərbaycandan bu klubla danışıqlar aparır

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik yenidən Azərbaycanda çalışa blər.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis Rumıniyanın "Prosport" nəşrinə açıqlamasında "Kəpəz"lə danışıqlar apardığını bildirib.

Hazırda Rumıniyanın “UTA Arad” klubunu çalışdıran 63 yaşlı mütəxəssis "Kəpəz"in maliyyə şərtlərini bəyəndiyini deyib:

"Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik.

Mən UTA-da demək olar ki, könüllü işləyirəm. İnsanlar məni xatırlayacaq. Komandaya həm psixoloji, həm də maddi dəstək vermişəm".

Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.

Mirça Renik 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan kubokunu qazandırıb.

Chosen
0
sportinfo.az

1Sources