EN

Qəbir yerlərinin qiyməti nə qədər olmalıdır?

Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən əsas məsələlərdən biri onun harada dəfn ediləcəyidir. Bəzi vətəndaşlar üçün məzar yeri onun sağlığında əldə edilir. Təcrübə göstərir ki, qəbir yerləri heç bir halda pulsuz olmur. Hətta məzar yerlərinin kənar şəxslər tərəfindən alınaraq sonradan yüksək qiymətə satılması halları ilə də rastlaşmaq mümkündür. Qiymətlər isə qəbir yerinin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.

Maraqlıdır, bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarına əsasən, ölmüş şəxsin qohumları və digərləri qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət etməlidir. Ərizəyə ölüm faktını təsdiq edən sənədin və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalıdır. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Qəbiristanlıqda boş yer olmadıqda və ya bu sənədlər təqdim edilmədikdə, yerin ayrılmasından imtina edilməsi barədə qarşı tərəf dərhal məlumatlandırılmalıdır.

Qiymətə gəlincə, Azərbaycan Respublikası vətəndaşlarının, ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Bundan başqa, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Qaydalara görə, qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir.

Chosen
0
12
aznews.az

10Sources