Portuqaliya ölkədə qalmaq üçün qanuni icazəsi olmayan 18 minə yaxın əcnəbini deportasiya prosesinə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, qərar mayın 18-də keçiriləcək növbədənkənar ümumi seçkilər ərəfəsində elan edilib.Hökumət qərarın seçki və ya beynəlxalq siyasi debatla heç bir əlaqəsi olmadığını vurğulayıb.
Müvəqqəti hökumətin Nazirlər Şurasının rəhbəri António Leitão Amaro şənbə günü ölkədə 18 minə yaxın insana qeyri-qanuni şəkildə ölkəni tərk etmək üçün rəsmi bildiriş göndəriləcəyini bildirib.Birinci mərhələdə 4 500 nəfərə 20 gün ərzində ölkəni könüllü tərk etmələri barədə bildiriş göndəriləcək.
Məlumata görə, sözügedən bildirişlər artıq göndərilməyə başlayıb. Bildirişə əməl etməyənlər barəsində deportasiya prosesi başlanacaq.İmmiqrasiya və Sığınacaq Agentliyi (AIMA) deportasiya prosesinin həyata keçirilməsinə cavabdeh olacaq.